24 Aprel 2024
“Milli Məclisdəki deputatların çox hissəsi Ramiz Mehdiyevin adamlarıdır” – SENSASİON AÇIQLAMA

“Milli Məclisdəki deputatların çox hissəsi Ramiz Mehdiyevin adamlarıdır” – SENSASİON AÇIQLAMA

23 İyul 2022
Baxış: 518

“Milli Məclisdəki deputatların çox hissəsi Ramiz Mehdiyevin adamlarıdır. Həmin deputatlar ya fəaliyyətsizliklə məşğuldur, ya da Rusiyanın mövqeyindən çıxış edirlər. Hazırda onların Milli Məclisdən təmizlənməsi mümkün deyil. Bunun üçün mütləq yeni seçkilər olmalıdır. Yeni seçkilər olmasa, necə təmizləmək olar?!”

AJMEDİA.İNFO xəbər veri ki, bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

C.Nuriyev qeyd edib ki, hazırda Azərbaycana qarşı Rusiya və İran tərəfindən çox güclü siyasi təzyiq həyata keçirilir: “Parlamentdəki çox az qisim millət vəkilini çıxmaq şərtilə, qalanları buna susqun mövqedə dayanırlar və öz susqunluqları ilə birmənalı şəkildə Rusiyanı dəstəkləyirlər. “Beşinci kolon”da olan bu adamlar vaxtilə, yəni 1990-95-ci illərdə Heydər Əliyevi təhqir edirdilər. Həmin adamlar onun əleyhinə çıxış edirdilər. Heydə Əliyev dünyasını dəyişəndən sonra onun vəzifədən kənarlaşdırdığı adamlar Rusiyanın dəstəyi ilə yenidən parlamentə qayıtdılar. Parlamentdəki Ramiz Mehdiyevin əleyhinə cəmi 16 deputat danışdı, 100-ü isə susdu. Yeni seçilənləri qoyuram kənara, tanımırlar və onların da sayı 37 nəfərdir. Bu iki qismi də üst-üstə gələndə, lap 55 nəfər etsin. Belə çıxır ki, parlamentin yarısından çoxu bu və ya digər formada Rusiya və İranın nəzarəti altındadır”.