25 Aprel 2024
“Milan” Memfis Depayın transferi üçün 20 milyon avro ödəməyə hazırdır

“Milan” Memfis Depayın transferi üçün 20 milyon avro ödəməyə hazırdır

07 May 2020
Baxış: 427

İtaliyanın “Milan” klubunun rəhbərliyi Fransanın “Lion” komandasının hücumçusu Memfis Depayı transfer etmək niyyətindədir.

AJM “Gazeta.ru” saytına istinadla xəbər verir ki, “rossonierilər” niderlandlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyirlər və bu keçidlə bağlı yaxın günlərdə “Lion” ilə danışıqlara başlayacaqlar.

Mənbənin bildirdiyinə görə, “Milan” klubunun rəhbərliyi 26 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.

Memfis Depayın “Lion” ilə hazırkı müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir. Cari mövsümdə 18 oyunda meydana çıxan futbolçu 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Teqlər: “Milan”