26 Aprel 2024
“Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır

“Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır

22 May 2020
Baxış: 1928

İtaliyanın “Milan” klubu “Real Madrid”in hücumçusu Luka Yoviçin transferinə görə danışıqlar aprır.

AJM xəbər verir ki, “Milan” Yoviçi satınalma hüququ ilə birlikdə ikiillik müddətinə icarəyə götürmək istəyir. Əsas maneə serb futbolçunun illik 5 milyon avro dəyərində olan məvacibidir. Mənbənin bildirdiyinə görə, hazırda danışıqlar davam edir.

Qeyd edək ki, daha əvvəl Lukanın zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Onun karantin vaxtında evin divarından yıxıldığı və çətinliklə sağ qaldığı məlum olmuşdu.

İyirmi iki yaşlı forvard ötən yay 60 milyon avro müqabilində Almaniyanın “Ayntraxt” klubundan “Real Madrid”ə transfer edilmişdi. Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol və 2 məhsuldar ötürmə var.