19 Aprel 2024
“Milan” klubu Memfis Depayın transferi üçün “Olimpik Lion” ilə danışıqlara başlamağa hazırlaşır

“Milan” klubu Memfis Depayın transferi üçün “Olimpik Lion” ilə danışıqlara başlamağa hazırlaşır

09 İyun 2020
Baxış: 427

İtaliyanın “Milan” klubu Fransanın “Olimpik Lion” komandasının niderlandlı hücumçusu Memfis Depayın transferi ilə bağlı cəhdləri davam etdirir.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, yay transfer pəncərəsində futbolçunun keçidini başa çatdırmaq istəyən milanlılar Fransa klubu ilə danışıqlara başlamağa hazırlaşırlar.

Memfis Depayın “Olimpik Lion” ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Futbolçu da hazırkı klubu ilə yeni müqavilə imzalamaq istəmir. “Milan” rəhbərliyi məhz bu vəziyyətdən yararlanaraq 26 yaşlı futbolçunu heyətinə qatmağa çalışır.

Cari mövsümdə 18 oyunda meydana çıxan M.Depay 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Teqlər: Milan