25 Aprel 2024
Microsoft, İsrail şirkətini 170 milyon dollara satın alacaq

Microsoft, İsrail şirkətini 170 milyon dollara satın alacaq

07 May 2020
Baxış: 3006

Amerika korporasiyası CyberX ilə danışıqların son mərhələsindədir.

Amerikanın Microsoft korporasiyası kiber təhlükəsizlik sahəsində ixtisaslaşan İsrailin CyberX şirkətini əldə etmək niyyətindədir. Bu barədə İsrailinfo xəbər verir.

Mediada yayılan məlumatlara görə, Microsoft şirkətin inkişafına yatırımları saymadan İsrail şirkəti üçün 170 milyon dollar ödəməyə hazırdır.

CyberX 2013-cü ildə Omer Schneider və Neil Giller tərəfindən təsis edilmişdir. Şirkət Amerika Qualcomm, Inven və Flint Capital vençur kapital fondları da daxil olmaqla investorlardan 48 milyon dollar alıb.

Şirkət Bostonda baş ofisini açıb, lakin inkişaf mərkəzi Herzliyada qalıb. CyberX, böyük sənaye nəzarəti və monitorinq sistemləri üçün İnternetdə təhlükəsizliyini təmin etmək niyyətindədir.

Şirkətin müştəriləri enerji, su idarəetməsi, əczaçılıq, kimya və qaz sənayesi sahələrindəki müəssisələrdir.