27 İyun 2022

Azerbaijan, Baku

23°C/29°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

“Meymun çiçəyi” virusu BELƏ YAYILIR - MÜTLƏQ OXUYUN!

“Meymun çiçəyi” virusu BELƏ YAYILIR - MÜTLƏQ OXUYUN!

21 May 2022
Baxış: 246

“Meymun çiçəyi” xəstəliyinə yoluxma xəstə ilə üç saatlıq təmasda mümkündür. Eyni zamanda insanlar arasında məsafə bir metrdən az olmalıdır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov teleqram kanalında məlumat yayıb.

O bildirib ki, insanın bu virusa yoluxması son dərəcə çətindir. Myasnikovun sözlərinə görə, o, daha az yoluxucudur və ölüm nisbəti xeyli aşağıdır.

“Virus istəksiz şəkildə insandan insana ötürülür, uzun müddət yaxın təmasda olmaq lazımdır ki, bu baş versin”, – Myasnikov vurğulayıb.

Həkim əlavə edib ki, bəzən virus insanlara daha tez yoluxur. Bunun üçün o adamı meymunun dişləməsi və ya bu heyvanı yeməsi lazımdır. Myasnikov hesab edir ki, bundan ən çox zoopark işçiləri əziyyət çəkir. Həkim gəmiricilərin də daşıyıcı ola biləcəyini xatırladıb. (Publika.az)