20 Aprel 2024
Messi vurduğu qollarla Pelenin rekordunu təkrarlayıb

Messi vurduğu qollarla Pelenin rekordunu təkrarlayıb

10 Sentyabr 2021
Baxış: 1998

Futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində Boliviya yığmasının qapısına qol vuraraq, Cənubi Amerikanın yığma komandalarının futbolçuları arasında qolların sayına görə Pelenin rekordunu təkrarlayıb.

AJMEDİA,İNFO xəbər verir ki, bunu "Report" xarici mətbuata istinadən xəbər verib.

Hazırda Messinin Argentina yığmasının heyətindəki hesabında 77 qol var. Pele də Braziliya yığmasının heyətində bu qədər qol vurub.

Messiyə Pelenin rekordunun təkrarlaması üçün 153 matç lazım olub. Amma braziliyalı ulduz futbolçu 91 görüşdə 77 qol vurub.

Qeyd edək ki, avqustun 10-da Fransanın “Pari Sen-Jermen" (PSJ) klubu Lionel Messi ilə müqavilənin imzalanmasını rəsmən elan edib. Razılaşma 2023-cü ilə qədər qüvvədədir.

Messi İspaniyanın "Barselona" komandasının yetirməsidir. O ilk dəfə 2004-cü ildə əsas komandanın heyətində çıxış edib. Messi “Barselona” ilə birlikdə 35 titula sahib olub. Hücumçu altı dəfə "Qızıl top"a sahibi olub. O, ötən mövsümdə İspaniya çempionatının 35 matçında iştirak edərək, 30 qol vurub və 9 məhsuldar ötürmə edib.