18 Aprel 2024
Mərdan Camalovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...

Mərdan Camalovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...

09 Avqust 2022
Baxış: 397

Məlumat üçün qeyd edək ki, dünən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtibar Sarıbalayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 455 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bura qədər rəsmi məlumat.
Görəsən, Şirvan Şəhər Polis İdarəsi, Şirvan Şəhər İcra Hakimiyyəti, Şəhərin Bələdiyyəsi, Şəhərin Ağsaqallar Şurası, Şəhərin din xadimləri və s bu günədək hara baxırdı ki, vəziyyət bu həddə gəlib çatıb. Nə üçün Şirvan şəhərinə yeni polis rəisi təyin olunmayana qədər Şirvanda bu işlər görülməyib? Sağ olsun Daxili İşlər Naziri, cənab Vilayət Eyvazovu. Gənclərin irəli çəkilməsi və kadrların düzgün seçilməsi həm kollektivi, həm də Şirvan camaatını ruhlandırır. Yeni təyin olunmuş polis rəisi vətəndaşları şəxsən özü qəbul edir. Baş verə biləcək cinayət hadisələrini önləməyi işçilərinə tövsiyə edir. Bu, cümlələr Şirvan sakinlərinin redaksiyamıza olan telefon zəngində bildirilib. Sakinlər həm də bildirirlər ki, narkotacirlərə qarşı polisin apardığı mübarizə bəzi dırnaqarası jurnalistləri qıcıqlandırır. Belə ki, həmin qıcıqlanan jurnalistin sürücüsü də deyəsən bu işlərlə məşğuldur. Bu məsələləri buraxırıq zamanın ixtiyarına. İstintaq işlərinə mane olmamaq üçün həmin şəxsin adını çəkmirik. İndi isə mövzumuzu davam edirik.
Məlumat üçün qeyd edək ki, Şirvan şəhərinə uzun müddət Mərdan Camalov rəhbərlik edib.
Bəli, Mərdan Camalov düz 15 il ( 2009 -2015 –ci illər ) Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olub və hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdıır.
Oxucular təəccüblə soruşa bilərlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bu gün yayılan xəbərin cənab Mərdan Camalova nə dəxli var..?
Birincisi, nəzərə almaq lazımdır ki, Mərdan Camalov 15 il Şirvan şəhərinin rəhbəri olub. Və bu gün yayılan neqativ xəbərə görə, o, ən azı mənəvi məsuliyyət daşıyır.
Guya Mərdan Camalovun Şirvandakı narkotacirlər barədə məlumatı yox idi..?
Gündəlik-Bakı olaraq neçə vaxtdır ki, cənab Mərdan Camalovun Şirvan şəhərindəki əməlləri barədə yazırıq. Niyə bircə dəfə müvafiq dövlət orqanları maraqlanmadı, soruşmadı ki, Mərdan hara, narkoşəbəkə hara..?
İndi bir-bir bu məsələyə toxunaq.
Yaxından-uzaqdan Mərdan Camalovu tanıyanlar bilir ki, onun qardaşı Şirvanda bütün günü damağında Kazbek “çəkə-çəkə” o yana gedir, bu yana gedir...
O, ən çox sevdiyi mahnı olan “Siqaramın dumanı sən...”i zümzümə edərək gündə 3-4 dəfə qardaşının kabinetinə girib çıxırdı.
İcra başçısının qardaşı bu gündədirsə, indi başqalarını təsəvvür edin.
Bu hələ harasıdır..?
Mərdan Camalovun ən yaxın və doğma adamı olan dayısı və bacanağı, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Balamirzə müəllim kollecin ərazisini aptekə satıb, özünün də dərman deposu var.
Görəsən, Mərdan Camalov bilmirdi ki, dayısının dərman deposunda nələr satılır..?
Biz hələ Əmişin əməllərinə dərindən toxunmuruq.
Bəli, Mərdan Camalovun yaxın qohumu Əmiş adlı şəxs Şirvanda nakotik yaymaqla məşğuldur, ona rayonda baron Əmiş deyirlər.
Hətta Əmişin uşaqlarının anası, yəni həyat yoldaşı da Şirvanda “mal” satmaqla məşğuldur.
İndi görüsünüzmü, Mərdan Camalov qırxayaq ( osminoq ) kimi haralaradək kök atmayıb.
Bəli, narkotacirlərin çoxu kriminal aləmlə birgə fəaliyyət göstərirlər.
Deyirlər ki, Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər killerliklə məşğul olub.
Bəli, Mərdan Camalovun dayısı Pirverdi Məmmədov əvvəl rayonda yağ zavodunun direktoru olub, sonra qohumu mərhum nazir Yavər Camalovun sayəsində xeyli müddət Bakı neft şirkətlərində qaraj müdiri işləyib.
Bəli, Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər Məmmədov baron Teyyub Tağıyevi güllələdiyi üçün həbs olunub və hazırda 9 saylı həbsxanada məhbus həyatı yaşayır. Azər Məmmədov özü də vaxtilə DİN-in əməkdaşı olub. Və bu Azər Məmmədovun ilk cinayəti deyil. O, bir neçə dəfə müxtəlif şəxsləri güllələyib. Azər Məmmədov qohumu Mərdan Camalova arxayın olaraq sahibkarlardan zorla pul tələb edirmiş, yəni qara məsələlərə baxırmış.
İndi gördünüzmü, bu gün yayılan rəsmi xəbərlə Mərdan Camalovun xeyli əlaqəsi var.
Oğul istəyirəm ki, bu əlaqəni detallarına qədər araşdırıb Mərdan Camlovun hansı cinayətkar şəbəkənin ortasında olduğunu ortaya qoya. Və Mərdan Camalovu göndərə zona...
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//