29 Mart 2024
"Məhdudlaşdırın" - Baydenin İsraildən İordan çayının qərb sahili ilə bağlı ŞOK TƏLƏBİ

"Məhdudlaşdırın" - Baydenin İsraildən İordan çayının qərb sahili ilə bağlı ŞOK TƏLƏBİ

08 Oktyabr 2021
Baxış: 626

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Naftali Bennettdən İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrin inşasını dayandırmasını istəyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin "Vala Nyus" nəşri hər iki ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın İsraildəki səfiri Maykl Ratney ötən həftə bu mövzu ilə əlaqədar İsrail baş nazirinin nümayəndələrinə zəng edib. O, İsrail rəsmilərinə Vaşinqton rəhbərliyinin yeni qanunsuz yəhudi məskunlaşma planlarının əhatəsini daraltmaq istəyini çatdırıb.

Qeyd edək ki, daha öncə "Tayms İsrail" nəşri avqustun 27-də Baydenin Bennettə məskunlaşma ilə bağlı istəyini çatdırdığını, lakin qarşı tərəfin buna "yox" cavabı verdiyini bildirilmişdi.(Axar.az)