18 Aprel 2024
Mədəniyyət Nazirliyindən "Şuşa"-"Buta" qalmaqalı ilə bağlı AÇIQLAMA

Mədəniyyət Nazirliyindən "Şuşa"-"Buta" qalmaqalı ilə bağlı AÇIQLAMA

24 Yanvar 2022
Baxış: 623

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövsuzudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

AJMEDİA.İNFO xəbər verir ki, artıq Mədəniyyə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb: “Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.