19 Aprel 2024
"Mançester Yunayted"in bəzi futbolçuları Sulşerdən narazıdır

"Mançester Yunayted"in bəzi futbolçuları Sulşerdən narazıdır

08 Noyabr 2021
Baxış: 554

İngiltərənin "Mançester Yunayted" klubunun bəzi futbolçuları baş məşqçi Ule-Qunnar Sulşerin işindən narazıdır.

AJMEDİA.İNFO "Daily Mail"ə istinadən xəbər verir ki, onlar norveçli mütəxəssisin köməkçilərinin gənc və təcrübəsiz olduğunu hesab edirlər.

Komanda üzvləri düşünürlər ki, Sulşerin kollektiv daxilində özünə yaxın olan sevimli oyunçuları var. Onlar 48 yaşlı mütəxəssisin Donni van de Bekə hansı səbəbdən şans vermədiyini anlamırlar.

İddiaya görə, baş məşqçidən narazı olan futbolçulardan biri Brunu Fernandeşdir. Portuqaliyalı yarımmüdafiəçi məşqçilər heyətinin dəqiq oyun planı hazırlamadığı qənaətindədir.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 11 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.