20 Oktyabr 2021

Azerbaijan, Baku

13°C/19°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Manatla krediti olanların NƏZƏRİNƏ - Prezident FƏRMAN İMZALADI

Manatla krediti olanların NƏZƏRİNƏ - Prezident FƏRMAN İMZALADI

21 Sentyabr 2021
Baxış: 574

Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydasında dəyişiklik edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” fərmanda təsdiq edilib.

Fərmanda qeyd edilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897, № 12 (I kitab), maddə 2592; 2019, № 12, maddə 1923) 3.2-ci bəndində "2020-ci" sözləri "2022-ci” sözləri ilə, "2023-cü” sözləri isə "2025-ci” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir”.

Qeyd edək ki, "ölkə.az" saytında dəyişikliklər belə şərh edilib:

Dəyişikliyə əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin edəcək.

Bundan əvvəl Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2023-cü illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməli idi.