25 Aprel 2024
Manatı dollarla əvəzləyənlərin NƏZƏRİNƏ! - Bu vaxta qədər...

Manatı dollarla əvəzləyənlərin NƏZƏRİNƏ! - Bu vaxta qədər...

20 Dekabr 2022
Baxış: 433

Azərbaycanda ən azı 2026-cı ilə qədər milli valyutanın ABŞ dollarına bağlılığının saxlanacağı gözlənilir, çünki manata təzyiq xeyli azalacaq, Dövlət Neft Fondunun aktivləri isə xarici valyutaya tələbi qarşılamaq üçün kifayət edəcək.

AJMEDİA.İNFO report-a istinadən bildirir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında deyilir.


Bank Azərbaycan Mərkəzi Bankının inflyasiyaya nəzarət etmək üçün 2017-ci ildə milli valyutanı ABŞ dollarına bağlılığının 1,7 manat səviyyəsində müəyyən etdiyini xatırladıb.

ADB-nin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2022-ci ildə 5,2 %, 2023-cü ildə 4 %, 2024-cü ildə 3,3 %, 2025-ci ildə 2,9 %, 2026-cı ildə 3,2 % olacaq. 2021-ci ildə ölkədə istehlak qiymətlərinin artımı 11,5 % təşkil edib.