20 Aprel 2024
Mahmud Abbas İsraillə sülh danışıqları üçün TƏLƏBLƏR SİYAHISI HAZIRLADI

Mahmud Abbas İsraillə sülh danışıqları üçün TƏLƏBLƏR SİYAHISI HAZIRLADI

21 İyul 2021
Baxış: 668

Fələstin prezidenti Mahmud Abbasın 7 ildir dayandırılmış Fələstin-İsrail sülh danışıqlarının bərpası üçün ABŞ rəhbərliyindən bəzi tələblər irəli sürmək istədiyi iddia edilir.


Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb. Xəbərdə deyilir ki, sözgedən tələblərin siyahısı hələ gizlin saxlanılır.


Kanalın iddialarına görə, tələblər arasında bu bəndlər yer alır:


İsrailin 2001-ci ildə Şərqi Qüdsdə bağladığı Fələstin təşkilatlarının yenidən açılması və İkinci İntifadan (2000) əvvəl yenidən siyasi fəaliyyətə qayıtması,


Məscidi Əqsa ilə bağlı olan tələblərdə İsrail polisinin fəaliyyətinin məhdudlaşdırılması, yəhudilərin buraya ziyarətlərinin azaldılması və Fələstin Muxtariyyəti nümayəndələrinin mövqelərinin möhkəmləndirilməsi,


Həmçinin Şeyx Cərrah və Silvan məhəllələrində olduğu kimi Şərqi Qüdsdə də fələstinliləri evlərindən məcburi çıxartmamaq, Şərqi Qüds də daxil olmaqla yəhudi məskənlərinin inşasını dayandırmaq, Fələstin torpaqlarındakı bütün məskunlaşma bazalarını (bir neçə konteyner və karvandan ibarət bölmələr) boşaltmaq və İordan vadisindəki evlərin sökülməsini dayandırmaq,


İsrail ordusu İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə girməməsi, Fələstin polisi və gömrük zabitlərinin Qərb Şəriyəni İordaniya ilə birləşdirən Allenbi Körpüsünə qayıtması, İordan çayının qərb sahilində beynəlxalq hava limanının inşasına icazə verilməsi, Jericho yaxınlığında bir sərbəst ticarət zonasının yaradılması,


Qərbi Şəriyənin 60 faizini təşkil edən "C bölgəsi"də planlaşdırma və lisenziyalaşdırma səlahiyyətinin Fələstin rəhbərliyinə təhvil verilməsi, bu bölgədə fabriklər, elektrik stansiyaları və turizm layihələrinin yaradılması, 21 faizlik "B zonasında" fəaliyyətlərin gücləndirilməsi, Qərbi Şəriyə sərhədləri daxilində dəmir yollarının inşası və 1993 “Oslo Sazişi”dən əvvəl həbs edilən fələstinlilərin azad edilməsi kimi tələblərin olduğu iddia edilir.
İsrail televiziyalarının iddiaları ilə bağlı Fələstin rəhbərliyindən heç bir açıqlama verilmədi.