29 Mart 2024
“Maaşımız artırılsa, yaxşı olar...” - Millət vəkili

“Maaşımız artırılsa, yaxşı olar...” - Millət vəkili

21 İyun 2022
Baxış: 387

“Deputatların maaşının artırılması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu barədə rəsmi sənəd də imzalanmayıb. Millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər. Bu məsələlər vacibdir, nəzərə alınmalıdır. Bəzi deputatlar rayonda yaşayırlar, bəziləri rayonlar üzrə seçki dairlərini təmsil edirlər. Dəfələrlə rayona gedib-gəlirlər. Elə-belə alınmır…”

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik. Benzin, amortizasiya xərcləri, maddi məsələlər var… Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”, – deputat bildirib.