23 Aprel 2024
“Lotu Quli”nin qardaşının adamları Ukraynada belə SAXLANILDI - VİDEO

“Lotu Quli”nin qardaşının adamları Ukraynada belə SAXLANILDI - VİDEO

03 Avqust 2022
Baxış: 440

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları xüsusi əməliyyat keçirərək Odessada bölgə sakinlərinin təhlükəsizliyini və əmin-amanlığını təhdid edən transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərini saxlayıblar.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Odessa vilayətindəki ofisi məlumat yayıb.


Bildirilib ki, qruplaşmanın rəhbəri azərbaycanlı mərhum “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) qardaşı Namiq Səlifovdur (“Namiq Bakinsiy”).


İstintaqın məlumatına görə, Namiq Səlifovun göstərişi ilə azadlıqda fəaliyyət göstərən qrup üzvləri süni münaqişəli vəziyyətlər yaradıb və onların həlli üçün zərərçəkmişlərdən külli miqdarda pul tələb edilib. Ödəniş edilmədiyi təqdirdə təqsirləndirilən şəxslər insanları zorakılıq, işgəncə və fiziki təzyiqlə hədələyib.


Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, xüsusi xidmət orqanının əməliyyatçıları tərəfindən azadlıqda olan qrupun üzvləri müəyyən edilərək saxlanılıb.


Qrupun bütün üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.