24 Aprel 2024
Livan İsraili raketlə VURDU - İki illik SÜKUT POZULDU

Livan İsraili raketlə VURDU - İki illik SÜKUT POZULDU

25 Aprel 2022
Baxış: 451

İsrail Silahlı Qüvvələri Livandan ölkənin şimal ərazilərinə raket atıldığını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, açıqlamada raket zərbəsinin heç bir zərərə yol açmadığı deyilib.

“Livan ərazisindən ölkəmizin şimalına raket atıldığı müşahidə edilib. Raket boş əraziyə düşüb”, - açıqlamada bildirilib.

Atılan raket səbəbilə bölgədəki xəbərdarlıq sistemlərinin işə salınmadığı qeyd edilib.

Livanın “Hizbullah” terror təşkilatına yaxınlığı ilə tanınan “Əl-Əxbar” qəzeti raketin Sur şəhərinin cənubundan atıldığını yazıb.

Təxminən 2 ildir ki, Livan-İsrail sərhədində qismən sakitlik hökm sürürdü.

Sözügedən raket hücumunun Qüdsdəki Əl-Əqsa məscidi və İordan çayının qərb sahilində İsrail və fələstinlilər arasında gərginliyin yaşandığı vaxta təsadüf etməsi diqqət çəkib.(teleqraf.com)