01 Aprel 2023

Azerbaijan, Baku

4°C/10°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

"Legiya"nın idman direktoru Mahir Emreli ilə bağlı iddialara aydınlıq gətirdi

"Legiya"nın idman direktoru Mahir Emreli ilə bağlı iddialara aydınlıq gətirdi

29 Dekabr 2021
Baxış: 2049

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sından ayrılmayacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Varşava təmsilçisinin yeni idman direktoru Yatsek Zelinski TVPSPORT-a açıqlama verib.

Klub rəsmisinin sözlərinə görə, 24 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Mateuş Veteska və Bartoş Sliş də "Legiya"da qalacaq: "Deyəsən, əsas komandadan heç kim getməyəcək. Bu günə olan vəziyyət belədir".

Qeyd edək ki, cari mövsümün əvvəlində "Legiya" ilə 3+1 illik müqavilə imzalamış Mahir Emrelinin azarkeşlərlə bağlı insidentdən sonra paytaxt klubunu tərk edəcəyi iddia olunur.

Teqlər: TVPSPORT