20 Aprel 2024
Kut sakinindən Paşinyanla görüşdə ŞOK ETİRAF: "Biz buraya gəlib türkləri buradan qovmuşuq” - VİDEO

Kut sakinindən Paşinyanla görüşdə ŞOK ETİRAF: "Biz buraya gəlib türkləri buradan qovmuşuq” - VİDEO

02 İyun 2021
Baxış: 561

Ötən həftə Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Kut kəndinə səfəri zamanı yaşananlar sosial şəbəkələrin erməni seqmentində hələ də müzakirə edilir.

AJMEDİA.info xəbər verir ki, vətəndaşlarla görüş zamanı Paşinyan yerli sakin ilə dialoqa giri və ondan Kut kəndindən olub-olmadığını soruşur. Sakinin cavabı isə Ermənistanın sərhəd siyasətini ifşa edir:

“Mən Kutda 33 ildir yaşayıram. Biz buraya gəlib türkləri (azərbaycanlıları) buradan qovmuşuq”.

Sakin bu sözləri dediyi zaman Paşinyan əli ilə onun əlinə toxunur və kameraya baxaraq vətəndaşı susdurmağa çalışır. Və bütün bunlar Feysbukun canlı efirindən yayımlanır.

Bu fakt bir daha Ermənistanın Qaragöl yaxınlığında yaratdığı gərginlik, bu ərazilərin 1988-ci ilə - Ermənistanın Qarabağda separatizm hərəkatına başladığı və azərbaycanlıların Ermənistandan qovulmasına qədər kimə məxsus olmasına aydınlıq gətirir.

Məsələ bundadır ki, hazırda Ermənistanın gərginlik yaratdığı yerlərdən biri də Kut kəndi yaxınlığındakı ərazidir. Ermənistan bu kənd yaxınlığındakı yüksəkliklərdəki mövqelərə yerləşən Ordumuzun guya Ermənistan ərazisinə girdiyini iddia edir. Bu videodan isə tam şəkildə bir daha aydın olur ki, Kut kəndinə - Basarkeçər rayonunun Zərzibil kəndinə 33 il öncə yerləşiblər və kəndin ətrafındakı yüksəkliklərdə Kəlbəcər rayonunun ərazilərini ələ keçiriblər.

Bunu sözügedən sakin də görüşdə açıq şəkildə bildirir.(axar.az)