23 Aprel 2024
Kriminal aləmin əsas fiqurlarının toplantısı oldu - Bu qərarı saymayanlar cəzalandırılacaq

Kriminal aləmin əsas fiqurlarının toplantısı oldu - Bu qərarı saymayanlar cəzalandırılacaq

12 May 2022
Baxış: 572

Kriminal aləmin əsas fiqurları Rusiya-Ukrayna müharibəsinə görə Dubaya toplaşıblar.

AJMEDİA.İNFO xəbər verir ki, toplantı ötən həftə qanuni oğru Badri Kutaiskinin təşkilatçılığı ilə baş tutub. Görüşə kriminal avtoritet Tariyel Oniani də gəlib.

Görüşdə bildirilib ki, ukraynalı qanuni oğruların ruslara qarşı döyüşlərdə, hərbi əməliyyatlarda könüllü iştirakı düzgün deyil.

Kriminal aləmdə istənilən halda dövlət və hakimiyyətlə əməkdaşlıq qəbul olunmadığına görə Ukrayna rejimini də bu məsələdə avtoritetlər dəstəkləməyəcək.

Badri Kutaiski Ukrayna qanuni oğrularına orduya qoşulmamaq, döyüşlərə qatılmamaq barədə mesaj göndərib:

"Hökumət və oliqarxlar tərəfindən şirnikləndirici təkliflərə uyub, bu qərarı saymayanlar cəzalandırılacaq”.

Əldə olunan məlumata görə, görüşün əsas məqsədlərindən biri də "Xasanovskiy” və Namiq Bakinskiyə qarşı qüvvələri birləşdirməkdir. Bu barədə müəyyən razılıq əldə olunub. (Bakupost)