19 Aprel 2024
Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

17 Sentyabr 2021
Baxış: 555

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

AJMEDİA.İNFO-nun məlumatına görə,hadisə Şirvan şəhərinin “Qarasu OYL” şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib.

Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexdə kranın dəmir qarmağı dəyib.

Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə Şirvan prokuroluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı Şirvan prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

(Apa)