25 Aprel 2024
Koronavirusa yeni yoluxma hallarının sayının artması barədə xəbərlərdən sonra “Dow Jones” indeksi 1861 bənd aşağı düşüb

Koronavirusa yeni yoluxma hallarının sayının artması barədə xəbərlərdən sonra “Dow Jones” indeksi 1861 bənd aşağı düşüb

12 İyun 2020
Baxış: 416

Bəzi ştatlarda koronavirusa yeni yoluxma hallarının çoxalması barədə xəbərlər Nyu-York birjasındakı səhmlərin bir neçə həftə ərzində müşahidə olunan artım tempinin cümə axşamı kəskin azalmasına səbəb olub.

AJM xəbər verir ki, “Dow Jones” sənaye indeksi 1861,82 bənd (6,9 faiz) aşağı düşüb. Səhmlərin yüksək dividendli fond indeksi koronavirus səbəbindən aprelin əvvəlindən başlayan böhrandan bəri indiyədək bir gün ərzində belə böyük itkilərə məruz qalmayıb. “S & P 500” indeksi 5,89 faiz, həftənin əvvəlində digər indeksləri üstələmiş “Nasdaq” isə 5,27 faiz enib.

Dünən Arizona, Florida, Şimali Karolina və Texas ştatlarındakı səhiyyə orqanlarının nümayəndələri yoluxma hallarının bir qədər artması barədə məlumat yayıblar. Bu, investorların narahatçılığına səbəb olub. Çünki virusun bundan sonra yayılması ştatların administrasiyaları tərəfindən müəssisələrin iqtisadi fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin bərpa olunmasına gətirib çıxara bilər.

Teqlər: Koronavirus