23 Aprel 2024
Koronavirusa qarşı effektli dərman hazırlanıb

Koronavirusa qarşı effektli dərman hazırlanıb

02 Oktyabr 2021
Baxış: 787

Transmilli əczaçılıq şirkəti "Merck & Co." koronavirus xəstəliyinin gedişatını xeyli asanlaşdıran həb hazırlandığını bəyan edib.

Bu barədə “Assosiated Press” xəbər verib.

Qeyd edilir ki, bu dərmanın istifadəsi xəstəxanaya yerləşdirmə və ölüm ehtimalını yarıyadək azaldır.

Şirkət tezliklə ABŞ və digər ölkələrdəki nümayəndəliklərə dərmanın qeydiyyata alınması ilə bağlı müraciət edəcək.

Dərman 775 peyvənd olunmamış koronavirus xəstəsi üzərində sınaqdan keçirilib. (Report)