25 Aprel 2024
Koronavirus Vışeqrad qrupu ölkələrində iqtisadi artım tempini 7,8 faiz azaldacaq

Koronavirus Vışeqrad qrupu ölkələrində iqtisadi artım tempini 7,8 faiz azaldacaq

07 İyul 2020
Baxış: 413

Koronavirus epidemiyası ilə əlaqədar2020-ci ildə, “Vışeqrad dördlüyü” (V4) ölkələrində iqtisadi artım sürəti 7,8 faiz azalacaq. Bu, gözlənildiyindən əhəmiyyətli dərəcədə çoxdur.

AJM xəbər verir ki, Macarıstanın Statistika Bürosu özünün bu gün elan etdiyi makroiqtisadi proqnozunda V4 ölkələrinin məcmu iqtisadiyyatının perspektivlərini may ayında elan edilmiş proqnozla müqayisədə 1,6 faiz azaldıb.

2021-ci ildə Çexiyada ÜDM-in artımı 4,5 faiz yüksəlməlidir. Lakin bu, yaz proqnozu tərtib edilərkən nəzərdə tutulduğundan 0,5 faiz azdır. Polşaya gəldikdə, proqnozda 4,8 faiz artım gözlənilir ki, bu da əvvəlcədən nəzərdə tutulduğundan 1,8 faiz aşağıdır. Macarıstanla vəziyyət bir qədər ürəkaçandır: proqnozlaşdırılan 4,8 faizə qarşı 4,7 faiz. Daha çox Slovakiya əziyyət çəkəcək. Yeni proqnozda iki ay bundan əvvəl ehtimal edildiyindən 1,9 faiz az artım müəyyən edilib.

Teqlər: Koronavirus