24 Aprel 2024
Konqoda yol qəzası nəticəsində 50 nəfər həlak oldu

Konqoda yol qəzası nəticəsində 50 nəfər həlak oldu

19 Oktyabr 2021
Baxış: 502

Konqo Demokratik Respublikasının cənubunda yük maşınının qəzaya uğraması nəticəsində onlarla insan ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə yerli “Actualite” nəşri bölgə səlahiyyətlilərinə istinadən məlumat verib.

Qeyd edilir ki, yük maşını idarəetmədən çıxaraq Yuxarı Katanqa əyalətində Kalume-Nqonqo çayına düşüb.

Əyalət hökumətinin sözçüsü Josef Kayumba qəza zamanı 50 nəfərin həlak olduğunu, yalnız 2 nəfərin sağ qaldığını bildirib.

Dalğıclar hadisə yerində axtarış-xilasetmə işlərinə davam etdirir, ölənlərin sayı arta bilər.