20 Aprel 2024
"Konfessiyalararası dostluq dialoqu: Azərbaycan – İsrail –Rusiya" beynəlxalq konfransı keçirildi - FOTOLAR

"Konfessiyalararası dostluq dialoqu: Azərbaycan – İsrail –Rusiya" beynəlxalq konfransı keçirildi - FOTOLAR

15 İyul 2021
Baxış: 3305

İyulun 14-də Bakıda - "Sapphire Hotel"də "Konfessiyalararası dostluq dialoqu: Azərbaycan – İsrail –Rusiya" adlı beynəlxalq konfrans keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, “Azərbaycan Gənc Diplmotlar” İctimai Birliyi və Rusiya Gənc Yəhudilər Təşkilatının (ALEF) təşkilatçılığı ilə keçirilən konfransa İsrailin Azərbaycandaki səfiri cənab Corc Dik, millət vəkilləri Anatoli Rafaelov ve Arzu Nağıyev, Rusiya Yəhudi Gənclər Təşkilatının (ALEF) sədri Abram İxilov, Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski, Azərbaycan Yəhudi Media Mərkəzinin sədri və nümayəndələri, STMEGI, Azərbaycan Gənc Diplomatlar İctimai Birliyi və Quba Qırmızı Qəsəbə nümayəndəlikləri qatılıb.

Konfrans iştirakçıları tarixi köklərə söykənən İsrail-Azərbaycan dostluğu və münasibətləri, strateji əməkdaşlığı, həmçinin Azərbaycan, İsrail, Rusiya xalqlarının konfessiyalararası dostluğu məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, beynəlxalq konfransın media dəstəyi Azərbaycan Yəhudi Media Mərkəzidir.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.