28 Mart 2024
"Kinder" yumurtası can aldı: 3 yaşlı qız həyata gözlərini yumdu

"Kinder" yumurtası can aldı: 3 yaşlı qız həyata gözlərini yumdu

11 Aprel 2022
Baxış: 640

İngiltərədə Bruklin-Mai adlı 3 yaşlı qızın ölümü ailələrdə panika yaradıb.

AJMEDİA.İNFO sfera.az-a istinadən xəbər verir ki, iddiaya görə, azyaşlı "Kinder" yumurtası yedikdən sonra xəstələnib. Onun qızdırması 39-dan yüksək olub. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.

Bruklinin anası Şarlotta "Çox macəraçı və aktiv qızımı belə görmək və xatırlamaq ürək ağrıdır", - deyə söyləyib.

Azyaşlının ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, Belçikanın "Ferrero” markasının istehsal etdiyi "Kinder" yumurtalarında salmonella virusu aşkar edildikdən sonra məhsullar geri çağırılıb və müvəqqəti olaraq fabrik bağlanıb.