26 Aprel 2024
"Kərkidən sonra bu strateji kənd də Azərbaycanın nəzarətinə keçəcək" - Erməni ekspert

"Kərkidən sonra bu strateji kənd də Azərbaycanın nəzarətinə keçəcək" - Erməni ekspert

01 İyun 2021
Baxış: 658

Kərkidən sonra Ermənistan tərəfi strateji əhəmiyyət kəsb edən Arazdəyər (ermənilər “Yerasxavan” deyir) kəndini də Azərbaycanın nəzarətinə verəcək.

AJMEDİA.info axar.az-a istinadən xəbər verir ki, bu barədə “İcmal” verilişinin efirində erməni hərbi ekspert Artur Yegiazaryan bildirib.

“Hazırda Kərkinin Bakının nəzarətinə verilməsi üzrə işlərin görüldüyü bildirilir. Bundan sonra isə Yerasxavan (Arazdəyər) kəndi Azərbaycana təhvil veriləcəkdir. Qeyd edim ki, bu kənd Azərbaycan üçün strateji coğrafi əhəmiyyətə malikdir. Azərbaycanın əsas istəyi bu torpaqlarda azərbaycanlıların yaşamasıdır”, – deyə erməni ekspert bildirib.