19 Aprel 2024
Kamerunda baş verən avtobus qəzasında 37 nəfər ölüb

Kamerunda baş verən avtobus qəzasında 37 nəfər ölüb

27 Dekabr 2020
Baxış: 1199

Kamerunun qərbində avtobus yük maşını ilə toqquşub, 37-dən çox insan ölüb, 18 nəfər yaralanıb.

AJM bildirir ki, bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Hadisə bu gecə Nemale kəndində baş verib. 60-dan çox adamın olduğu avtobus Fumban şəhərindən ölkənin paytaxtı Yaunde istiqamətində hərəkət edirmiş. Avtobus yola çıxan adamlardan qaçmağa çalışarkən toqquşma baş verib.

Bildirilir ki, ölənlərin sayı arta bilər.

Teqlər: Kamerun