24 Aprel 2024
İyunun 1-dən Bakı metrosu açılır? - RƏSMİ AÇIQLAMA

İyunun 1-dən Bakı metrosu açılır? - RƏSMİ AÇIQLAMA

20 May 2021
Baxış: 637

Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.

Bunu AJMEDİA.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

“Hazırda metronun “Elmlər Akademiyası” stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq”, - deyə o, qeyd edib.