24 Aprel 2024
İTV-nin aparıcısının toyundan görüntülər - VİDEO

İTV-nin aparıcısının toyundan görüntülər - VİDEO

31 Oktyabr 2022
Baxış: 2623

Azərbaycanlı aparıcı Nərmin Salmanova subaylığın daşını atıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, sevib-seçdiyi Arif adlı bəylə ailə həyatı qurub. Cütlüyün toyu paytaxt məkanlarından birində baş tutub. Onların şad günündə ailə üzvləri, yaxınları və bir sıra tanınmış aparıcılar iştirak ediblər.

Onlar gecədən lentə alınan foto və videoları sosial şəbəkə hesablarında yayımlayıblar.

Məlumat üçün bildirək ki, Nərmin Salmanova İTV-də xəbər aparıcısıdır.