25 Aprel 2024
İtaliya kubokunun finalında "Napoli" "Yuventus"a rəqibi olub

İtaliya kubokunun finalında "Napoli" "Yuventus"a rəqibi olub

14 İyun 2020
Baxış: 413

İtaliya kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, "Napoli" ilə "İnter" arasında yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

"Neradzurra" matça qolla başlamasına baxmayaraq, üstünlüyü qoruya bilməyib. Fasilə ərəfəsində status-kvonu bərpa edən neapollular öz meydanında heç-heçəyə nail olub. Səfərdə "İnter"i minimal hesabla məğlub edən "Napoli" bunun sayəsində həlledici qarşılaşmada "Yuventus"a rəqib olub.

Qeyd edək ki, İtaliya kubokunun final görüşü iyunun 17-də Roma Olimpiya Stadionunda keçiriləcək.

İtaliya kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
13 iyun
"Napoli" - "İnter" - 1:1

Mertens, 41 - Eriksen, 2
İlk oyun - 1:0

Teqlər: İtaliya