16 Aprel 2024
İşsizlik səviyyəsinin aşağı endirilməsi müzakirə edildi: 2022-ci ildə 6 layihə icra ediləcək - FOTO

İşsizlik səviyyəsinin aşağı endirilməsi müzakirə edildi: 2022-ci ildə 6 layihə icra ediləcək - FOTO

19 Yanvar 2022
Baxış: 1857

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, İİTKM-dən verilən məlumata əsasən, tədbirdə ölkənin əmək bazarı siyasəti və hədəfləri haqqında Dünya Bankının ekspertləri tərəfindən təqdimat edilib və Azərbaycan müvafiq nazirlikləri və inkişaf tərəfdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı Azərbaycanda bu sahənin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib və dövlət tərəfindən həyata keçirilən proqramlar, Məşğulluq Strategiyası və sosial sahədə islahatlar barədə məlumat verib.

Açılış sessiyasında çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, rəqəmsal iqtisadiyyata keçid əmək bazarında yeni bilik və bacarıqların və qabaqcıl təhsilin əhəmiyyətini artırır və bu məqsədlə KOBİA tərəfindən ölkə üzrə icra olunan geniş miqyaslı təlimlər mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsinə, onlara bütün zəruri xidmətlərin peşəkarlıqla və rahat formada göstərilməsinə, dəstəyin ünvanlılığının və əhatə dairəsinin genişləndirilməsinə, sahibkarlara göstərilən xidmətlərin əlaqələndirilməsinə yönəldilib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli əlavə edib ki, əmək bazarının ehtiyaclarına cavab vermək üçün təhsil sektorunun çevikliyi və adaptivliyi vacib şərtdir. Bu məqsədlə təhsilinin keyfiyyətinin artırılması və innovativ yanaşmalarının tətbiqi, xüsusilə də ölkədə rəqəmsal məşğulluğun əhatə dairəsinin artırılması, peşə təhsilinin təkmilləşdirilməsi işsizliyinin səviyyəsinin 4 faizə endirilməsi kimi qarşıya qoyulan ambisiyalı hədəflərə nail olmağa imkan yarada bilər. 2022-ci ildə icra olunacaq daha 6 layihə çərçivəsində rəqəmsal məşğulluğu 90 faizə çatdırmaq hədəfinə nail olunması, eləcə də işsizliyə görə sığorta, müavinət və aşağı gəlirin kompensasiyası mexanizmlərinin fəal məşğulluğu dəstəkləməsinin əhəmiyyətini qeyd etdi.