19 Aprel 2024
İsraillə ticari əlaqələr üçün danışıqları intensivləşdirəcəyik - Putin

İsraillə ticari əlaqələr üçün danışıqları intensivləşdirəcəyik - Putin

24 May 2021
Baxış: 602

Avrasiya İqtisadi Birliyi xüsusilə İndoneziya və Monqolustanla sərbəst ticarət müqavilələri imzalama imkanlarını araşdırmalı və digər ölkələrlə əməkdaşlığı aktivləşdirməlidir.

AJMEDİA.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Ən böyük ticarət tərəfdaşlarımızla güzəştli ticarət müqavilələrinin sayının artırılmasının tərəfdarıyıq. Bu cür razılaşmalar Vyetnam, Serbiya, İran və Sinqapurla imzalanıb.

İsrail ilə bənzər razılaşma üçün danışıqları intensivləşdirməyin vacib olduğunu düşünürük. Aleksandr Qriqoryeviç (Belarus Prezidenti Lukaşenko nəzərdə tutulur - red.) Misiri təklif etdi. Biz də bu tövsiyəni dəstəkləyirik. Ən qısa müddətdə böyük tərəfdaşımız Hindistanla da danışıqlar prosesi başlamalıdır", - Putin qeyd edib.