19 Aprel 2024
İsrailin maliyyə naziri bu gün Bakıya gələcək – Azərbaycan neftinin idxalı ilə bağlı SÖVDƏLƏŞMƏ

İsrailin maliyyə naziri bu gün Bakıya gələcək – Azərbaycan neftinin idxalı ilə bağlı SÖVDƏLƏŞMƏ

24 Aprel 2022
Baxış: 1003

İsrailin maliyyə naziri Aviqdor Liberman öz departamentinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bazar günü, aprelin 24-də Azərbaycana uçacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ynet saytı məlumat yayıb.

Səfər zamanı İsrail nümayəndə heyəti üç məsələni müzakirə etməyi planlaşdırır:

külli miqdarda Azərbaycan neftinin İsrailə idxalı (indiyə qədər Rusiya İsrailə ən böyük neft məhsulları tədarükçüsü idi, indi isə Azərbaycandan almaq qərara alınıb), dizel avtomobilləri, yük maşınları və avtobuslar üçün istifadə olunan karbamid idxalı (Karbamid bütün Avro 4 və Avro 5 SCR dizel mühərriklərində istifadə olunan xüsusi kimyəvi maddədir) və buğda idxalı.

Vesty.co.il xəbər verir ki, indiyədək bu növ məhsulun İsrailə idxalının 30%-i Rusiya və Ukraynanın payına düşüb.

Qeyd olunur ki, söhbət çox milyard şekellik müqavilələrdən gedir. İsrail ümid edir ki, sazişlər nəinki imzalanacaq, həm də ən qısa zamanda həyata keçirilməyə başlanacaq. Bizim.Media