19 Aprel 2024
İsrailin bir neçə şəhərində Qara bayraq etirazları keçirilib

İsrailin bir neçə şəhərində Qara bayraq etirazları keçirilib

28 İyun 2020
Baxış: 525

Şənbə axşamı, 27 İyun, Yerusəlim və ölkənin bir sıra digər şəhərlərində Qara Bayraqlar hərəkatının təşkil etdiyi etiraz mitinqləri keçirilir.

Mitinq iştirakçıları ehtiyatda olan briqada generalı Əmir Askelin tutulmasına etiraz edirlər. Baş nazir Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən nümayiş zamanı polis tərəfindən sedd yaradılıb. Hərbi Hava Qüvvələrinin keçmiş zabiti olan Askel iyunun 26-da axşam tutulub. Nümayişlər "Hamımız Əmir Askelik" şüarı altında keçirilir. Ən böyük etiraz mitinqi Yerusəlimdə baş tutub. 1000 nəfərdən çox insan iştirak etdiyi bildirilir. Polis Aza, Ben Maimon və Arlozorov küçələrini nəqliyyatın hərəkəti üçün bağlayıb.

Teqlər: Əmir Askel