29 Mart 2024
İsrailin Baş naziri Soçidə Putinlə GÖRÜŞƏCƏK - İran məsələsi MÜZAKİRƏ OLUNACAQ

İsrailin Baş naziri Soçidə Putinlə GÖRÜŞƏCƏK - İran məsələsi MÜZAKİRƏ OLUNACAQ

13 Oktyabr 2021
Baxış: 708

İsrail Baş naziri Naftali Bennett Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün oktyabrın 22-də bu ölkəyə gedəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu, İsrailin yeni hökumət başçısının Rusiya lideri ilə ilk görüşü olacaq.

İsrail baş nazirinin mətbuat xidmətindən verilən açıqlamaya görə, Naftali Bennett və Vladimir Putin arasındakı görüş gələn həftə Rusiyanın Soçi şəhərində baş tutacaq.

İki lider İsrail və Rusiya arasındakı diplomatik, təhlükəsizlik və iqtisadi məsələləri, eyni zamanda İranın nüvə proqramını müzakirə edəcək.

Bu, Bennetin İsrail baş naziri olandan sonra Putinlə ilk görüşü olacaq. (Teleqraf.com)