20 Aprel 2024
İsraildən möhtəşəm texnoloji YENİLİK - Bu bakteriya vasitəsilə MİNALAR TAPILACAQ

İsraildən möhtəşəm texnoloji YENİLİK - Bu bakteriya vasitəsilə MİNALAR TAPILACAQ

01 İyul 2021
Baxış: 3087

İsrail İbrani universitetinin professoru Şimşon Belkin genetikası dəyişdirilən “escherichia coli” bakteriyası vasitəsilə minaları tapmağın mümkün ola biləcəyini deyib.


AJMEDİA.İNFO "CNN Türk"ə istinadla xəbər verir ki, Şimşon bu barədə mətbuata açıqlama verib. O bildirib ki, dənizlərdə parıldayan bakteriyalar ilə (Biyolüminesans) “escherichia coli” bakteriyalarının geni birləşdirilib. Beləliklə, əraziyə səpilən bakteriyaların işıq saçması nəticəsində minalar tapıla biləcək.


Belkin sözügedən metodun 3 il ərzində daha da böyük ərazilərdə test ediləcəyini deyib:


"Etdiyimiz əsas dəyişiklik dənizdə parıldayan bakteriyaların genlərini “escherichia coli” ilə birləşdirməkdir. Nəticədə bakteriyalar minaların varlığına reaksiya verəcək və mina olan ərazilər parıldayacaq. Bundan başqa, reaksiyanın daha sürətli, güclü və dəqiq olmasına kömək edən bir neçə əlavə molekullar da əlavə etdik. Bu şəkildə, daha zəif partlayıcıları da aşkar etmək mümkün olacaq". Professor həmçinin bildirib ki, bakteriyaların nə insan nə də heyvanlara heç bir zərəri yoxdur.(yeniavaz)