23 Aprel 2024
İsraildə narkozsuz - açıq şüurda beyin əməliyyatı keçirildi - İNANILMAZ...

İsraildə narkozsuz - açıq şüurda beyin əməliyyatı keçirildi - İNANILMAZ...

30 Dekabr 2021
Baxış: 608

İsrailin "Beylinson" xəstəxanasında açıq beyində hissəvi narkoz altında bu həftə qeyri-adi əməliyyat keçirilib.

Əməliyyat beş il əvvəl "Parkinson xəstəliyi" diaqnozu qoyulan 71 yaşlı kişi üzərində aparılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ın xəbərlər xidməti məlumat yayıb.

Aparılan əməliyyat beynin dərin stimulyasiyası adlanır, bu, elə bir cərrahi müalicədir ki, beyinə onun müəyyən hissələrinə impulslar göndərən qurğu yerləşdirilir. İmpulslar Parkinson xəstəliyinə tutulan pasientlərin tremor, hərəkət məhdudluğu və ləngliyindən əziyyət çəkdiyi nahiyələrdə baş verən pozuntuları neytrallaşdırır.

Beyin aktivliyinə nəzarət etmək və cərrahi əməliyyatın uğurlu olmasını yoxlamaq üçün xəstələrdən müxtəlif hərəki və koqnitiv (qavrama) hərəkətlər etməyi xahiş edilir, ona görə də onlar ayıq olmalıdır.

Tibb işçiləri belə əməliyyatları "açıq şüurda" aparılan əməliyyat adlandırır və buna nadir hallarda qərar verilir.

Şimon Şarabi üzərində aparılan neyrocərrahi əməliyyat zamanı dünyada ilk dəfə olaraq şüuru yayğın edən ketamin preparatından istifadə edilib.

Şimon Şarabinin əməliyyatı uğurlu keçib və o, hazırda xəstəxanada həkimlərin müşahidəsi altındadır, onlar Parkinson xəstəliyində yeni əməliyyat üsulunun nə dərəcədə geniş istifadə edilməsi qənaətinə gəlmək istəyirlər.