26 Aprel 2024
İsraildə koronavirusdan ölənlərin sayı 300-ə çatıb

İsraildə koronavirusdan ölənlərin sayı 300-ə çatıb

12 İyun 2020
Baxış: 549

İsraildə koronavirusa yoluxma hallarının sayı son bir sutkada 214 nəfər artıb və ümumilikdə 18 569-a çatıb. Bu müddətdə xəstəliyə yoluxmuş daha bir nəfər ölüb və ümumi ölüm sayı 300 olub.

AJM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda İsraildə 3019 aktiv yoluxma halı var, onlardan 34 nəfər ağır vəziyyətdədir, 24-ü isə süni tənəffüs aparatına qoşulub. Eyni zamanda 15 250 xəstə sağalaraq evinə buraxılıb.

Teqlər: İsrail