24 Aprel 2024
İsrail və ABŞ orduları İrana zərbələri MƏŞQ EDƏCƏKLƏR

İsrail və ABŞ orduları İrana zərbələri MƏŞQ EDƏCƏKLƏR

30 Noyabr 2022
Baxış: 3102

İsrail Müdafiə Qüvvələri (IDF) və ABŞ ordusu İrana zərbələr endirmək üçün bir sıra hava təlimləri keçirəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail hərbi idarəsi bəyanat yayıb.

Məlumata görə, təlimlərin keçirilməsi ilə bağlı razılıq ötən həftə İDF rəhbəri Aviv Koçavinin Vaşinqtona səfərindən sonra əldə olunub.

İlk manevrlər çərşənbə axşamı, noyabrın 29-da İsrail ərazisi və Aralıq dənizi üzərində baş tutmalıdır. Təlimlərdə İsrail və Amerika Hərbi Hava Qüvvələrinə məxsus qırıcı və tankerlər iştirak edəcək. Onlar digər məsələlərlə yanaşı, “regional təhlükələr qarşısında” bir sıra ssenarilər hazırlamalıdırlar.

Mənbə: mk.ru