25 Aprel 2024
İsrail Suriyadakı Hizbullah və İİKK obyektlərini yenidən bombalayıb

İsrail Suriyadakı Hizbullah və İİKK obyektlərini yenidən bombalayıb

08 Yanvar 2021
Baxış: 1559

6 yanvar axşamı İsrail Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Suriyadakı obyektlərini yenidən bombalayıb.

Yenilənmiş məlumatlar Suriya İnsan Haqları Monitorinq Mərkəzi tərəfindən yayımlanıb.

Təşkilata görə, hücum zamanı üç yaraqlı öldürülüb, 11-i isə yaralanıb. Bu, son 10 gündə üçüncü belə hücum olduğu ifadə edilir. Raketlər Şamın cənub və qərbindəki İİKK və Hizbullah tərəfindən istifadə olunan bazaları hədəfə almışdır.