25 Aprel 2024
İsrail Səhiyyə Nazirliyi, mümkün koronavirus epidemiyasına hazırlaşır

İsrail Səhiyyə Nazirliyi, mümkün koronavirus epidemiyasına hazırlaşır

13 Fevral 2020
Baxış: 478

Kanal-11 İsrail xəbər xidməti, İsrail Səhiyyə Nazirliyi, koronavirusun səbəb ola biləcək bir epidemiyaya hazırlıq üçün 19 milyon şekel ayırdığını bildirdi.

Kanalın məlumatına görə, koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi mərkəzlərin hazırlanmasına təxminən 6 milyon şekel xərclənəcək, burada 300-dən 450-ə qədər xəstə qəbul etmək mümkün olacaqdır. Ölkənin mərkəzindəki Geriatrik xəstəxanalar belə mərkəzlərə çevriləcəkdir.

Ben Gurion beynəlxalq hava limanında tibbi nəzarət məntəqəsinin tikintisinə 365 mindən çox şekel xərclənəcəkdir.

İsrail Səhiyyə Nazirliyi də tibbi qruplar üçün qoruyucu vasitələrə təxminən 1,4 milyon şekel xərcləmək niyyətindədir. Həkimlər və tibb bacıları üçün fərdi tibbi maskaların alınması üçün ayrıca 6,6 milyon şekel məbləğində vəsait ayrılmışdır.

İsrail Səhiyyə Nazirliyi əhali arasında aparılan izahat işlərinə təxminən 4 milyon şekel xərcləyəcək.

Teqlər: koronavirus