25 Aprel 2024
İsrail Rusiyanın təklifini RƏDD ETDİ

İsrail Rusiyanın təklifini RƏDD ETDİ

13 May 2021
Baxış: 1306

Rusiyanın Fələstinlə atəşkəs təklifinə İsrail rədd cavabı verib.

AJMEDİA.info istinadla xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzetində yazılıb.

Xəbərdə İsrail Baş naziri Benyamin Netanyahunun dünən axşam keçirilən Təhlükəsizlik Şurasının iclasında Moskvanın atəşkəs təklifini rədd etdiyini kabinet üzvlərinə bildirdiyi qeyd edilib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rəsmi Moskvanın İsrail və Fələstin arasındakı sülh prosesi səylərini sürətləndirməyə hazır olduğunu bildirmişdi./axar.az/