25 Aprel 2024
İsrail rəsmisi: “Son bir ildə dəfələrlə İranda əməliyyat keçirmişik”

İsrail rəsmisi: “Son bir ildə dəfələrlə İranda əməliyyat keçirmişik”

15 İyul 2022
Baxış: 383

İsrailin milli təhlükəsizlik üzrə müşaviri Eyal Hulata ötən axşam ölkəsinin ilk rəsmisi olaraq İsrail tərəfindən son bir ildə İranda keçirilən əməliyyatları təsdiqləyib.

AJMEDİA.İNFO xəbər verir ki, Kanal 13 televiziyasına müsahibə verən Hulata “İsrail İrana qarşı təkbaşına və hətta ABŞ-ın basqıları ilə üzləşsə belə, hərəkətə keçəcəkmi?” sualına cavab olaraq son bir ildə dəfələrlə İranda əməliyyatlar həyata keçirdiklərini bildirib.“Amerikalılara fərqli düşündüyümüzü, hətta İranda hərəkətə keçdiyimizi onlara söyləməkdən çəkinmirik. İsrail istədiyi kimi addım atacaq. Biz son bir ildə İranda bir çox addımlar atmışıq və ABŞ bizi dəstəkləyir. Biz məntiq və məsuliyyətlə hərəkət edirik və hamı görür ki, bu, Amerika prezidenti ilə İsrail arasındakı münasibətlərə xələl gətirmir”,- Hulata bildirib.(sfera.az)