28 Mart 2024
İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını BAĞLADI

İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını BAĞLADI

11 May 2021
Baxış: 667

İsrail blokadada olan Qəzzanın yeganə ticarət sərhəd qapısı olan “Kerem Əbu Səlim”i bağladığını açıqlayıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinə bağlı Fələstin Bölgələrindəki Hökumət Fəaliyyətləri Koordinasiya Birliyi məlumat yayıb.

Yazılı açıqlamada təhlükəsizlik məsləhətləşmələrinin ardından İsrail və Qəzza arasındakı sərhəd qapısının ikinci bir əmrə qədər dərhal bağlanmasına qərar verildiyi vurğulanıb.

Xatırladaq ki, ötən gün İsrail Qəzzadakı “Beyt Xanun” (Erez) sərhəd qapısını da bağladığını açıqlamışdı.(qafqazinfo)