20 Aprel 2024
İsrail prezidenti hökumətə ÇAĞIRIŞ etdi

İsrail prezidenti hökumətə ÇAĞIRIŞ etdi

27 Mart 2023
Baxış: 330

İsrail Prezidenti İsxak Hersoq Baş nazir Binyamin Netanyahunu ölkədə son illərdə ən böyük etirazlara səbəb olan məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

“Mən Baş nazirə, hökumət üzvlərinə və koalisiya üzvlərinə müraciət edirəm... İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, - Prezident vurğulayıb.

Bu səhər Netanyahunun islahatın taleyi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, İsraildə martın 26-da axşam saatlarında başlayan kortəbii etirazların səbəbi Netanyahunun elan etdiyi ölkənin müdafiə naziri Yoav Qalantın istefası olub. Hökumət başçısı bu qərarı Qalantın bir gün öncə açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olduğu məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bildirəndən sonra verib.

Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu israr edir ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.musavat.com