29 Mart 2024
“İsrail öz xalqını HƏMAS-ın raket terrorundan qoruyur” - ALMANİYA

“İsrail öz xalqını HƏMAS-ın raket terrorundan qoruyur” - ALMANİYA

17 May 2021
Baxış: 2697

“İsrail HƏMAS-ın raket hücumlarından qorunma hüququndan istifadə edir”.

AJMEDİA.info "Bild”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.

“İsrail öz xalqını HƏMAS-ın raket terrorundan qorumaq üçün özünümüdafiə hüququndan istifadə edir”,- deyə nəşr nazirdən sitat gətirib.

Hayko Maas qeyd edib ki, indi raket terrorunu dayandırmaq, zorakılığa son qoymaq və İsrail ilə Fələstin arasında etibar yaratmağa və iki dövlətin birgəyaşayışına əsaslanan bir həll yolu tapmağa yönəlmiş konkret addımlar üzrə danışıqlara qayıtmaq lazımdır.

Xatırladaq ki, İsrail ilə Fələstinin Qəzza zolağı arasındakı vəziyyət 10 may axşamı kəskinləşib. Eskalasiyanın başlanmasından etibarən Qəzza zolağından İsrail ərazisinə 2.8 min raket atılıb, onlardan təxminən 430-u Qəzza zolağı ərazisinə düşüb.

Son məlumatlara görə, İsraildə 8 mülki şəxs və 1 hərbçi həlak olub. İsrailin cavab hücumlarında isə ölən fələstinlilərin sayı 41-i azyaşlı olmaqla 145-ə çatıb.