25 Aprel 2024
İsrail hökuməti 5 min yəhudini bu dövlətdən GERİ GƏTİRƏCƏK

İsrail hökuməti 5 min yəhudini bu dövlətdən GERİ GƏTİRƏCƏK

12 Noyabr 2021
Baxış: 1636

İsrail hökuməti münaqişələrin yaşandığı Efiopiyadan 5000 yəhudini ölkəyə gətirmək üçün hazırlıqlara başlayıb.

AJMEDİA.İNFO “CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə İsrail hökuməti xəbər yayıb. Verilən məlumata görə, hökumət münaqişələrin getdiyi Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə sığınan 5 minə yaxın yəhudinin gəlişini sürətləndirib.


Həmçinin bildirilib ki, sözügedən yəhudilərin gətirilməsi üçün addımlar atılmadığı təqdirdə inteqrasiya naziri Tamano-Şatanın hökumətdən istefa verəcək.


Qeyd edək ki, daha əvvəl İsrailə təxliyə edilən insanların yəhudi olub-olmaması ilə bağlı mübahisələr davam edir.