23 Aprel 2024
İsrail HƏMAS-ın “Cəbaliya” batalyonu komandirinin evinə zərbə endirdi

İsrail HƏMAS-ın “Cəbaliya” batalyonu komandirinin evinə zərbə endirdi

17 May 2021
Baxış: 950

İsrail qırıcı təyyarəsi HƏMAS-ın “Cəbaliya” batalyonu komandirinin evinə zərbə endirib.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidməti məlumat verib.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcısı terror təşkilatı HƏMAS-ın “Cəbaliya” batalyon komandirinin terror infrastrukturu kimi xidmət edən evini vurdu”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail ilə Fələstinin Qəzza zolağı arasındakı vəziyyət 10 may axşamı kəskinləşib. Eskalasiyanın başlanğıcından bəri Qəzza zolağından İsrail ərazisinə 2,9 min raket atılıb, onlardan 1150-si ələ keçirilib.

Son məlumata görə, raket zərbələri nəticəsində İsraildə 8 mülki və 1 hərbçi həlak olub. İsrailin cavab hücumları nəticəsində ölən fələstinlilərin sayı isə 174-ə çatıb.